Əsas məzmuna keç

XARKOVDA PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİB

Xarkovda silsilə partlayışlar baş verib.

Tezadlar.az bildirir ki, bu barədə şəhərin meri İqor Terekov öz Telegram kanalında məlumat verib.

Məlumata görə, azı 7 zərbə endirilib, yerli ictimaiyyət isə ən azı 10 partlayışdan danışır.

Şəhərin Saltovski rayonunda hücumlardan birindən sonra yanğın başlayıb.

Bundan əvvəl Ukraynanın kütləvi raket hücumuna məruz qaldığı bildirilirdi.

“Hərbi-hava qüvvələri və monitorinq ictimaiyyəti Rusiya strateji aviasiyasından raketlərin buraxılması, “Kalibr”in buraxılması və ballistika barədə məlumat verir”, – mediada qeyd olunub.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…