Əsas məzmuna keç

XARKOVDA PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİB

Xarkovda partlayış səsləri eşidilir.

Tezadlar.az bildirir ki, bu barədə şəhərin meri İqor Terexov öz Telegram kanalında məlumat verib.

Mer aydınlaşdırıb ki, ilkin məlumatlara görə, partlayış şəhərətrafı ərazilərdə baş verib. Dəqiq yer və mümkün zərər barədə hələlik məlumat verilmir.

Bundan əvvəl Ukraynanın Energetika Nazirliyi məlumat vermişdi ki, pilotsuz uçuş aparatının (PUA) vurulmasından sonra Dnepropetrovsk vilayətində yarımstansiyada yanğın baş verib. İdarədən qeyd edilib ki, yanğın nəticəsində hava elektrik xətti də sıradan çıxıb və bu da şəbəkədə gərginliyin azalmasına səbəb olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…