Nura Surinin sosial mediadakı paylaşımı sənət cameəsindəki bir çox tanınməş simaların “dərdini açmağa” səbəb oldu…
TEZADLAR.AZ xəbər verir ki, onlardan biri də müğənni Xatirə İslamdır. O da Mədəniyyət Nazirliyinin tədbirlərinə dəvət edilməməsindən gileylidir:
“Hər zaman söz-söhbətdən qaçmışam, heç vaxt ürəyimdən keçəni dilimə gətirməmişəm, hər zaman içimdə boğmuşam. Bir gün yəqin ki, içim dağılacaq. Çünki mən danışanda davamını saxlaya bilmirəm, sona qədər vuruşmağa da canım o deyil. Əsəbləşməyin, sizi sevirəm. Mən özüm də 19 yaşından bu yana dünyanın hər bir yerində Azərbaycanı təmsil etməyə getmişəm, çox xidmətlərim olub. Vaxtilə toylarımı atıb, pulsuz dövlət tədbirlərinə gedirdim ki, gələcəkdə bu mənə kömək ola bilər. O zaman 19 yaşım var idi. Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağında. “Xankəndi” əsərim də milyonların dilində. Bəs niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam? Mən heç vaxt, heç kimə nəyəsə görə danışmamışam, heç kimlə də problemim yoxdur. Amma bir yoldaş kimi sizə lazım olsa, yanınızdayam, hər mənada”.
Qeyd edək ki, Nura Suri bir neçə gündür paylaşımlar edərək Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyevadan şikayət edib. O, dövlət konsertlərinə buraxılmadığını bildirib. Onun sözlərinə Elnur Hüseynov, Almaxanım Əhmədova və başqa sənətçilər qoşulub.


