Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Silahlı Qüvvələrinin sutka ərzində endirdiyi zərbələr nəticəsində Xerson vilayətinin iki mülki sakini yaralanıb.
Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Volodimir Saldo özünün Telegram kanalında məlumat verib.
“Son sutka ərzində Kiyevin hücumu nəticəsində Xerson vilayətinin iki mülki sakini yaralanıb. Oleşki rayonunun Çelburda kəndində 58 yaşlı kişi yaralanıb. O, Skadovsk xəstəxanasına aparılıb. Qornostayevkada 62 yaşlı yerli sakin yaralanıb. O, Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib”, – o yazıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Oleşki, Kaxovka, Novaya Kaxovka, Velika Lepetixa, Dnepryanı, Korsunka, Mala Lepetixa, Mala Kardaşinka, Novaya Zburyevka, Pesçanovka, Pidstepne və Stara Zburyevka yaşayış məntəqələrinə də zərbələr endirib.
E.ŞİRİNOV