Əsas məzmuna keç

XERSONDA LİMAN İNFRASTRUKTURUNA ZİYAN DƏYİB

Ukraynanın bir sıra bölgələrində, o cümlədən Kiyevin nəzarətində olan Xerson vilayətində hava hücumu xəbərdarlığı daha əvvəl elan edilmişdi

Kiyevin nəzarətində olan Xerson şəhərində liman infrastrukturu zədələnib.

Bu barədə Ukrayna hakimiyyətinə tabe olan vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin öz Telegram kanalında məlumat verib.

“Xersonda liman infrastrukturunda zədələr var”, – o, təfərrüatlarını vermədən yazıb.

Gecə saatlarında Ukraynanın bir sıra regionlarında, o cümlədən Kiyevin nəzarətində olan Xerson vilayətinin bir hissəsində hava hücumu xəbərdarlığı elan edilib.

​​​​ E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…