Əsas məzmuna keç

Xətai rayonunda “HYUNDAİ” yanıb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Tezadlar.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus “HYUNDAİ” markalı minik avtomobilində baş vermiş yanğın genişlənməsinə, habelə yaxınlıqda park edilmiş digər avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin idarəetmə lövhəsi və mühərriki yanıb.

Avtomobilin qalan hissəsi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…