13 Yanvar 2026 / 15:29

Xəzər Universiteti üçün 2026-cı il uğurlu başladı

Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı və İctimai Əlaqələr və Media üzrə direktor Əlövsət Əmirbəyli 2026-cı il yanvarın 6-8-i tarixlərində qardaş Türkiyənin bir çox universitetlərində işgüzar görüşlər keçiriblər

2026-cı il başlayar, başlamaz Azərbaycanda və Avropada yaxşı tanınan Xəzər universitetinin rəhbərliyi Türkiyə universitetləri tərəfindən işgüzar səfərə dəvət olunub. İlk görüş yanvarın 6-da Ankara Müzik ve Güzel Sanatlar  Universitetində rektor Prof. Erhan Özden`le keçirildi. H.İsaxanlı və E.Özden iki qardaş ölkənin universitetləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğuladılar. Xəzər Universiteti ilə Ankara Müzik ve Güzel Sanatlar Universiteti arasında anlaşma protokolu imzalandı.

***

Yanvarın 6-da nümayəndə heyəti TÜRKSOY Başqan yardımçısı Sait Yusufla görüşdü. S.Yusuf qonaqlara təşkilat haqqında və gələcək planlarından danışdı.

***

Ankara Sosyal Bilimler Universitetinin (ASBU) rektoru, Prof. Musa Arıcan yanvarın 6-da Xəzər Universitetindən gələn qonaqları səmimi qarşılayaraq, universitet haqqında geniş məlumat verdi və iki universitet arasında anlaşma protokolu imzalandı.

Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil müşaviri Dos. Nəcibə Nəsibova, TÜRKSOY Dairə başqanı Dr. Barış Cavid Mövsümlü, Yentek Taşdemir Model Tasarım-ın Baş müdiri Ali Taşdemir və universitet rəhbərliyi iştirak etdilər.

  1. Arıcan qonaqları ASBÜ ilə tanış etdi və nümayəndə heyətinin şərəfinə ziyafət verildi.

***

Yanvarın 7-də nümayəndə heyəti Türkiye Cumhuriyeti Anayasa Məhkəməsinin Başqanı Kadir Özkaya və Məhkəmənin üzvü Yılmaz Akçil`lə görüşdü. Türkiyədəki səfirliyimizin Təhsil müşaviri Dos. Nəcibə Nəsibovanın iştirakı ilə keçən görüşdə Kadir Özkaya qonaqlara Anayasa Məhkəməsi haqqında ətraflı məlumat verdi. Hamlet İsaxanlı Xəzər Universitetinin son illərdə əldə etdiyi nailiyyətlər haqqında hərtərəfli danışdı və Kadir Özkaya`nı Bakıya, Xəzər Universitetinə dəvət etdi.  Qonaqlar Məhkəmənin tarixini əks etdirən muzeylə tanış oldular.

***

Xəzər Universitetinin nümayəndə heyəti yanvarın 7-də Hacettepe Unuversitetinin rektoru Prof. Mehmet Cahit Güran tərəfindən qəbul edildi. Hamlet İsaxanlı Xəzər Universitetinin nailiyyətləri haqqında danışdı.. Gələcək illərdə iki universitet arasında əməkdaşlıqla bağlı razılıq əldə elildi və Prof. Mehmet Güran geniş əlaqələrin qurulmasının zəruriliyini vurğuladı.

***

Yanvarın 8-də nümayəndə heyəti Qazi Universitetinin rektoru Prof. Uğur Ünal`la görüşdü. Görüş zamanı Hamlet İsaxanlı Qazi Universiteti ilə olan əməkdaşlıqdan məmnun olduğunu bildirdi və gələcəkdə iki universitet arasında daha çox işlərin görüləcəyini qeyd etdi.

Ü. Ünal da Xəzər Universiteti ilə əməkdaşlığı yüksək qiymətləndirdi  və H.İsaxanlıya yeni kitablarini hədiyyə verdi. Görüşdə səfirliyimizin əməkdaşı Dos. Nəcibə Nəsibova da iştirak edirdi.

***

Yanvarın 8-də nümayəndə heyəti Ankara Universitetsinin rektoru Prof. Necdat Ünivar`ın dəvəti ilə üniversitetin qonağı oldu. Qonaqları səmimi qarşılayan Necdat Ünivar universitet haqqında geniş məlumat verdi. Hamlet İsaxanlı dəvət üçün rektor Necdat Ünivara dərin təşəkkürnü bildirdi. Görüş zamanı iki universitet arasında bundan sonra da əlaqələrin genişləndiril­məsinin vacibliyi vurğulandı. Görüşdə səfirliyimizin təhsil üzrə əməkdaşı Dos. Nəcibə Nəsibova iştirak etdi.

Rektor tərəfindən qonaqların şərəfinə ziyafət verildi. Ziyafətdə Ankara Universitetnin prorektorları – Prof. Gülnur Göllü Bahadır, Prof. Hatice Bakkaloğlu və Əczaçılıq fakültəsinin professoru Tansel Çomoğlu və digər  şəxslər iştirak etdilər.

***

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı və İctimai Əlaqələr və Media üzrə Direktor Əlövsət Əmirbəyli yanvarın 8-də Orta Doğu Teknik Universitetinin rek­toru Prof. Ahmet Yozgatlıgil`in də qonağı oldular. Qonaqları səmimi qarşılayan Ahmet Yozgatlıgil universitet haqqında geniş məlumat verdi. Hamlet İsaxanlı səmimi qəbul üçün rektor Ahmet Yozgatlıgilə dərin təşəkkü­rünü bildirdi. İki universitet arasında bundan sonra da əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı. Görüşdə Türkiyədəki səfirliyimizin Təhsil üzrə müşaviri Dos. Nəcibə Nəsibova da iştirak edirdi..

Ankarada keçirilən görüşlərdə qarşılıqlı  hədiyyələr təqdim olunmuş və xatirə şəkilləri çəkilmişdir.

Qardaş Türkiyə universitetləri ilə keçirilən bu görüş inanırıq ki, Xəzər  universitetinin gələcək fəaliyyətində və Avropada daha geniş tanınmasında mühüm rol oynayacaq.

Elçin MƏMMƏDLİ

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!