XİN Fransa səfirinin Rusiya haqqında dediyi sözlərin səmimiliyinə şübhə edib

Oxunma sayı: 357

Fransanın Rusiyadakı yeni səfiri Nikola de Rivyer ya hökumətinin əleyhinə işləyir, ya da qeyri-səmimidir.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Kommersant” qəzetinə müsahibəsində de Rivyer Moskva ilə Paris arasında münasibətlərin perspektivlərini necə gördüyündən danışıb. Belə ki, Fransa səfiri Ukrayna üzrə sülh müqaviləsinə doğru hərəkəti hamı üçün məqbul olan prioritet adlandırıb. Rusiya diplomatik departamenti qeyd edib ki, diplomatın sözləri Ukraynaya və Ukrayna Silahlı Qüvvələrinə dəstək verilməsinin zəruriliyinə əmin olan Fransa prezidenti Emmanuel Makronun mövqeyindən kəskin şəkildə fərqlənir.

“Nəticələr göz qabağındadır. İki variant var: ya müsyö de Rivyer öz hökumətinin əleyhinə işləyir, ya da yumşaq desək, qeyri-səmimidir”, – Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Həmçinin Rusiya nəşrinə müsahibəsində Nikola de Rivyer Rusiya ilə Fransa arasında tarixən çoxəsrlik əlaqələrdən danışıb, Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barrot isə “Moskvaya heç bir yumşaqlıq olmamalıdır” deyib.

Fransa səfiri rusiyalı jurnalistlərin sualını cavablandırarkən bildirib ki, Aİ-nin narahatlığı nəzərə alınarsa, Rusiyaya qarşı sanksiyaların dayandırılması və ya ləğvi məsələsi açıq olacaq, Makron isə məhdudiyyətlərin yumşaldılması ehtimalını qəti şəkildə rədd edir.

E.ŞİRİNOV

Xəbəri paylaş

22 İyun