“”Xırdalanda, Masazırda yaşayanlara Allah səbr versin!” – buzlu yolda qalan müğənni canlı yayım açdı

Oxunma sayı: 82

“Qar yağıb və Azərbaycanda hər şey bir-birinə dəyib. Bakıda aləm qarışıb. Yollar biabırçılıqdır. Allah bilir niyə Bakıya qar yağdırmır. Bilir ki, bizə yaraşmır”.

TEZADLAR.AZ xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov deyib. Ötən gecə yağan qara görə tıxacda qalan sənətçi instaqramda canlı yayım açaraq, yaşadığı çətinlikdən danışıb.

“Xırdalanda, Masazırda yaşayanlara Allah səbr versin. Onlar bu yolda hər şeyi görüblər”, – deyə sitəm etdi.

 

Xəbəri paylaş