Əsas məzmuna keç

XMELNİTSKİ VİLAYƏTİNDƏ HƏRBİ AERODROM YAXINLIĞINDA PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİB

Ukraynanın Xmelnitski vilayətinin Starokonstantinov şəhərində partlayışlar baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Telegram-da Telegraf nəşri məlumat yayıb.

Qeys edək ki, sözügedən qəsəbənin kənarında hərbi aerodrom yerləşir.

Avqust ayında bu hərbi obyektə raket hücumu həyata keçirilib. Nəticədə, Ukrayna Silahlı Qüvvələri (USQ) Vaşinqton tərəfindən Kiyevə verilən ilk F-16 qırıcı təyyarəsini itirib.

Ertəsi gün Ali Radanın deputatı Maryana Bezuqlaya bəyan edib ki, F-16 Ukraynaya ötürülən “Patriot” zenit-raket kompleksindən raketlə vurulub. Pilot sağ qalmayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…