2 Yanvar 2026 / 09:33

Xristianlıq bu ölkədə 1700 ildir ki, dövlət dinidir…

Baş nazir İrakli Kobaxidze Yeni il münasibətilə yayımladığı təbrikdə bildirib ki, 2026-cı il ölkə üçün xüsusi əhəmiyyət daşıyır. 2026-cı il xristianlığın Gürcüstanda dövlət dini elan edilməsinin 1700 illik yubileyi qeyd olunacaq. Tezadlar.az xəbər verir ki, Baş nazir xristianlığın ölkənin kimliyinin əsas dayaqlarından biri olduğunu və bunun yalnız inancı deyil, həm də mədəniyyəti müəyyən etdiyini vurğulayıb. İrakli Kobaxidze Gürcüstanın Katolikos-Patriarxı II İliyanı Yeni il münasibətilə təbrik edib və onun yarıməsrlik fəaliyyətini ölkənin möhkəmlənməsinə əvəzsiz töhfə kimi qiymətləndirib. Baş nazir həmçinin bütün vətəndaşları, xaricdə yaşayan həmvətənləri, Abxaziya və Samaçabloda yaşayan gürcüləri, abxazları və osetinləri təbrik edib, müəllimlər, həkimlər, dövlət qulluqçuları, əsgərlər və sahibkarlar da daxil olmaqla hər kəsə xoşbəxt, sağlam və uğurlu yeni il arzulayıb. İrakli Kobaxidze bildirib ki, 2025-ci il ölkə üçün həm çətinliklərlə, həm də uğurlarla dolu olub: ölkədə sülh möhkəmləndirilib, müstəqillik və suverenlik gücləndirilib, gürcü iqtisadiyyatı tarixdə ilk dəfə 100 milyard dollar həddini keçib və dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində önəmli addımlar atılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!