Əsas məzmuna keç

Xüsusi üsulla 39 kq-dan artıq heroini gizlətdi, amma cinayətini gizlədə bilmədi…

Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən tezadlar.az-a bildirilib ki, “Culfa” gömrük postunda ölkəmizdən tranzit keçməklə İrandan Polşaya “plastik üzlük lövhələr” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı nəqliyyat vasitəsindəki plastik üzlük panellərin içərisinə malların aşkarlanmasını çətinləşdirən üsullardan istifadə edilməklə yerləşdirilərək sıxışdırılmış 780 ədəd paketdə, ümumi təmiz çəkisi 39 kiloqram 315,246 qram xüsusilə külli miqdarda narkotik vasitə – heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…