Əsas məzmuna keç

YƏMƏN SAHİLLƏRİNDƏ HÜCUMA MƏRUZ QALAN GƏMİDƏ YANĞIN

Yəmən sahillərində naməlum şəxslərin hücumuna məruz qalan gəminin göyərtəsində yanğın baş verib.

Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatlarının (BKDTƏ) məlumatına görə, gəmiyə iki raket atılıb.

“BKDTƏ Yəmənin Ədənindən 70 dəniz mili cənub-şərqində (Ədən körfəzində) baş vermiş insidentlə bağlı xəbərdar edilib. Bildirilir ki, gəmiyə iki raket atılıb və nəticədə göyərtədə yanğın baş verib. Koalisiya qüvvələri hadisəyə cavab verib”, – yayımlanan sənəddə deyilir.

Baş verən insidentlə bağlı məlumat gəminin kapitanından deyil, “üçüncü şəxsdən” gəlib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…