10 Dekabr 2025 / 18:15

Yağız Kaan Erdoğmuş dünyanın “Top-50”liyinə daxil oldu

Türkiyəli şahmatçı Yağız Kaan Erdoğmuş fransalı Maksim Vaşe-Laqravı məğlub edərək FIDE reytinqində 47-ci pilləyə yüksəlib.

Tezadlar.az xəbər verir ki, Erdoğmuş ilk “50-liy”ə 14 yaş 6 aylıq olarkən daxil olub.

Bunu bacaran əvvəlki ən gənc qrossmeyster Maqnus Karlsen olub – 15 yaş 7 ay.

Qeyd edək ki, yanvarın 1-də rəsmən təsdiqlənəcək siyahıdan sonra şahmatçı bu göstəricidə Karlseni bir il qabaqlayacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!