Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dəfələrlə deyirik, yenə də nəticə yoxdur: Yalançı tamahkarı aldadırsa, günah aldadanda yox, aldanandadır! Budur, ötən şənbə-bazar günlərində yalançılara inanlarımızın bank kartından xeyli pul oğurlanıb. Daxili İşlər Nazirliyi də açıqlama yayıb, məsləhət və tövsiyyələr rə verilir, yenə də xeyri yoxdur. Məlum olur ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər şəxsə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır: “Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 3-də və 4-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10010, 7300, 4000, 3996, 2957, 1850, 1566, 1450, 1400, 1185, 1000, 1000, 999, 999, 999, 728, 670, 520, 500, 500, 480, 480, 420, 354, 280, 202, 188, 185, 145, 129, 120, 75, 70 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. DİN xahiş edir: “Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.
Belə görünür ki, məsləhətlərin də xeyri yoxdur. İndi di axtar görüm o pul hara qeyb olub.
A.Məmmədli