Əsas məzmuna keç

YANACAQDOLDURMA MƏNTƏQƏSİNDƏ PARTLAYIŞ: 57 NƏFƏR XƏSARƏT ALIB

Rumıniyanın Krevediya şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayışlar nəticəsində 57 nəfər xəsarət alıb, 1 nəfər ölüb.

Bu barədə Rumıniyanın Fövqəladə Hallar üzrə Baş Müfəttişliyi məlumat yayıb.

“Dimbovitsa vilayətinin Krevediya şəhərində mayeləşdirilmiş yanacaqdoldurma məntəqəsində bir neçə partlayış baş verib, nəticədə, 58 nəfər xəsarət alıb, onlardan biri ölüb”, – sosial şəbəkələrdə deyilir.

54 nəfərin xəstəxanaya yerləşdirildiyi qeyd edilir.

Daha əvvəl 55 nəfərin yaralandığı bildirilirdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…