Yunanıstanın keçmiş maliyyə naziri Yanis Varufakis Qərb ölkələrini Ukraynadakı vəziyyəti həll etmək üçün dərhal Rusiya ilə dialoqa başlamağa çağırıb.
Tezadlar.az xəbər verir ki, ekspert öz YouTube kanalında Rusiya ordusunun davamlı irəliləyişini qeyd edərək fikirlərini bölüşüb.
Varufakis ABŞ, Kanada və Avropa ölkələrinin vahid fəaliyyət planının olmadığını bildirib. Onun sözlərinə görə, NATO nümayəndələri yalnız Rusiyanın məğlubiyyətindən danışırlar ki, bu da analitikin fikrincə, baş verməyəcək. Bundan əlavə, aydın hərbi strategiya yoxdur: müttəfiqlər ukraynalıları Krımın geri qaytarılmasına inandırırlar, baxmayaraq ki, bunun “cənnətdə və ya cəhənnəmdə” baş vermə ehtimalı yoxdur. Ekspert yeganə həlli Qərbin indiyə qədər imtina etdiyi bir söhbətə başlamaqda görür.
Bu fonda Rusiya Müdafiə Nazirliyi cəbhədə yeni uğurlar barədə məlumat verib. Son 24 saat ərzində Rusiya qoşunları Xarkov vilayətindəki Polnaya və Novooleksandrivka kəndləri üzərində nəzarəti ələ keçirib.
Bundan əlavə, gecə hücumları zamanı Rusiya Silahlı Qüvvələri Kiyev bölgəsində hərbi təchizatın saxlanıldığı bir logistika mərkəzini məhv edib. Ukrayna Silahlı Qüvvələrinə təchizatı çatdıran quru yük gəmisi də vurulub.
ELBAR







