Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yaponiyada da zəlzələ baş verib.
Venesuela və Yaponiyada da eyni dərəcədə güclü təkanlar bir-birindən yarım saat fərqlə baş verib.
Venesuelada zəlzələ 7,5 bal gücündə baş veribsə, Yaponiyanın şimalında 6,9 bal gücündə olub.
Kyodo Xəbər Agentliyi yerli hakimiyyət orqanlarına istinadən Aomori prefekturasında dörd, İvate prefekturasında isə bir nəfərin xəsarət aldığını bildirir.
“Japan Times” qəzetinin məlumatına görə isə altı nəfər xəsarət alıb.
Episentrdəki zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.
Əvvəlcə sunami xəbərdarlığı verilib, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Sakinlərə mümkün təkrar təkanlar barədə xəbərdarlıq edərək ayıq-sayıq olmağa çağırılır. Atom elektrik stansiyasında isə heç bir fövqəladə hal baş verməyib.
Venesuelada artıq 32 ölüm hadisəsi qeydə alınıb.
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez fövqəladə vəziyyət elan edib.
JASMİN