Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yaponiyanın qərbində 6,4 maqnitudalı zəlzələ nəticəsində doqquz nəfər xəsarət alıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
“Bu gün Yaponiyanın qərbindəki Şimane və Tottori prefekturalarında bir neçə güclü zəlzələ baş verib.
Birinci zəlzələnin maqnitudası 6,4 olub. Ölkənin Meteorologiya Agentliyinin məlumatına görə, sunami müşahidə edilməyib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Şimane prefekturasında dörd, Tottori prefekturasında bir, qonşu Hiroşima prefekturasında iki, Okayama prefekturasında isə bir nəfər yaralanıb”, – məlumatda bildirilib.
Qeyd edək ki, zəlzələnin episentri Şimane və Tottori prefekturaları ərazisində, ocağı isə 10 km dərinlikdə yerləşib. İlkin olaraq zəlzələnin 6,2 maqnitudalı olduğu barədə məlumat verilsə də, daha sonra yaponiyalı seysmoloqlar maqnitudanın 6,4 olduğunu bildiriblər.