27 Aprel 2026 / 09:28

“Yaradıcı Süni İntellekt (Yapay Zeka): hər kəsin kitabı” oxuculara təqdim edildi-İNANILMAZ

“Yaradıcı Süni İntellekt (Yapay Zeka): hər kəsin kitabı” çap olundu və artıq satışdadır. Tezadlar.az xatırladır ki, professor Saleh Məmmədov bu barədə məlumat paylaşıb. Professor əməkdaşımıza kitab haqqında danışdı: “…Qeyd edim ki, “Yaradıcı Süni İntellekt (Yapay Zeka): hər kəsin kitabı” — 150 sual, 150 cavab formatında yazılmışdır və hər kəs üçün nəzərdə tutulmuş praktik bələdçidir. Bu kitabın əsas fərqi ondadır ki, o yalnız süni intellekti izah etmir, həm də insanı Kvant Erasına hazırlayır.
Kitabda: 
-Sİ-nin əsasları və gələcək inkişafı
-Sİ agentləri və onların real tətbiqi
-təhsil sistemində yeni model
-tibbdə diaqnostika və analiz imkanları
-sənayedə və biznesdə effektivlik artımı
-elmi tədqiqatların sürətləndirilməsi
-sadə və praktik şəkildə izah olunur.
Kitabın xüsusi cəhətləri: 
-Kağız versiyası Azərbaycan və Türkiyə türkcəsində birlikdə yazılıb
-Hər iki oxucu üçün eyni dərəcədə anlaşıqlıdır
-Elektron versiya “Smart Kitab” formatında olacaq (izah edir, test edir, cavab verir)
-Kitab artıq ölkə üzrə satışdadır:
46 mağazada əldə edə bilərsiniz”.
Xatırladırıq ki, kitabın müəllifi Professor Saleh Məmmədovdur. Bu da yaxında elektron versiya: kvantera.ai
“Sizcə kvant erasına hazırıqmı?”, -deyə professor həm də sual edir. Təbii ki, bunu zaman göstərəcək…
A.Məmmədli
si
 
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!