Əsas məzmuna keç

YARDIM PAYLAYACAĞIQ DEYİB İZDİHAM YARATDILAR – QADINLAR, UŞAQLAR AYAQ ALTINDA QALDI…

Fəhlə ailələrinə ərzaq paylanması  onların bir çoxuna həyatları bahasına başa gəlib…

Pakistanın Kəraçi şəhərində fabrik işçilərinə pulsuz ərzaq paylanması zamanı izdiham yaşanıb.

Hadisə nəticəsində 11 nəfər həyatını itirib, 6 nəfər də yaralanıb.
Yerli mətbuat orqanların yaydığı məlumata əsasən, şəhərin Site rayonundakı bir fabrik işçilərin ailələrinə pulsuz ərzaq paylanacağı açıqlanıb. Yaranan izdihamda 8-i qadın, 3-ü uşaq olmaqla 11 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.
Polisin yardım paylaşımını təşkil edən 7 nəfəri saxladığı bildirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…