Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC- nin dövlət proqramının bir hissəsi olaraq, Nizami stansiyasının yaxınlığında B5 stansiyasının tikiləcəyini açıqlayıb. Stansiya Mərkəzi Parkın altında yerləşəcək və Nizami stansiyasına qoşulmanı təmin edəcək.
Tanınmış QHT rəhbəri Sahib Məmmədov bu tikintiyə etirazını sosial şəbəkə hesabında yazmışdı. Sitat: “Bu, sadəcə ağılsızlıqdır. 28 may-Nizamı xətti onsuz da kesson üsulu ilə tikilib. Tikiləndən sonra xəttin biri çöküb və sonradan 6 ay ərzində bərkidilib. Həmin ərazi yeraltı suların aktiv zonsıdır. Son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir. Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir. Pul silməyə yer tapmırlar deyəsən?”.
Az əvvəl Sahib Məmmədov bu məsələyə bir az da fərqli formada yazmışdır: “Dünən yazdığım bir abzas yazının bu qədər rezonans doğruacağını düşünməzdim. Əvvəla, hələki mən vətəndaş cəmiyyəti təmsilçisiyəm. Ölkə Prezidenti də dəfələrlə ictimai nəzarətə önəm verdiyini bildirib. İndi mən həyata keçirlməsi planlaşdırlan və həddən artıq böyük resurs tələb edən layihə barədə öz fikrimi bildirmişəm və fikrimdə də qalıram. Dövlət proqramı çərçivəsini Bakı şəhərinin nəqliyyat innfrastrukturunun yaxşılaşdırlması üçün əhəmiyyəli layihələr icra olunur. Bu layihə də vacibdir, amma iqtisadi baxımdan nə dərcədə səmərəlidir? Ona qoyulacaq resurs və bu layihənin ətraf mühitə və şəhər təhlükəsizliyinə təsirləri ölçülübmü? Mənim qənaətimə görə yox. Əks halda daha ciddi fikirləşərdilər. Hər halda məni təkzib edib əks fikrlər səsləndirsələr də ərazidə hidrogeoloji şəraitin mürəkkəb olmasını inkar etməyiblər. Əks fikirləri yazan media orqanlarına da etirazım yoxdur. Qafqazinfo.az -ın verdiyi matreala da etirazım yoxdur. Sağ olsunlar mənim də fikirlərimi şübhə altına alsalar da veriblər. Amma niyə keçmiş icra başçısı yazıblar onu anlamadım. Yazardılar ki, keçmiş qazmaçı, metro tikitisində işləmiş, QHT rəhbəri və s. Bu gün mən AZTV-də daxil olmaqla müraciət edən televiziyalara da öz fikirlərimi bildirdim. İndi hansı hissəsini verəcəklər özləri bilər. Faydalı layihə o demək deyil ki, o mütləq reallaşmalıdır. Bir vaxlar Cənubi Koreya şirkəti ilə Xəzər buxtası üzərindən Zıx istiqamətinə körüpü tikintisi layihəsinin reallaşdırlması müzakirə olndu. Sonra baxdılar ki, şəhərdə tıxacların azaldılmasına əhəmiyyətli töhfə versə də iqtisadi baxımdan səmərəli deyil, həddən artıq vəsait tələb edir. İndi bu planlaşdırlan layihəni də mən iqtisadi baxımdan o qədər də sərfəli hesab etmirəm. Həmçinin bundan da vacib məsələ odur ki, intensiv su axınlarının qarşısnın alınması uzunmüddətli planda mənfi nəticələrə gətirəcək. Hündür binalar, yollar çökəndə məni xatırlayarsız. Necə deyərlər özünüz bilin…”.
Sitatın sonu.