17 May 2022 / 20:31

YASAMALDA ÜÇMƏRTƏBƏLİ YAŞAYIŞ BİNASINDA YANĞIN MƏHDUDLAŞDIRILIB

Yasamal rayonunda üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən Tezadlar.az-a bildiriblər ki, bu gün saat 22:30 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Qüvvələrin operativ müdaxiləsi və əlaqələndirilmiş fəaliyyəti sayəsində yanğın saat 23:05-də məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!