Əsas məzmuna keç

YAŞAYIŞ BİNASINDA QAZ PARTLAMASI NƏTİCƏSİNDƏ BİR NƏFƏR ÖLÜB

Çerkesskdə qaz-hava qarışığının buxarının partlaması nəticəsində bir nəfər ölüb.

Tezadlar.az xəbər verir ki, bu barədə rayonun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin region üzrə Telegram kanalının məlumatına görə, qaz partlayışından sonra Çerkesskdə yaşayış binasından 50-yə yaxın insan təxliyə edilib.

“Hadisənin nəticələrinin aradan qaldırılmasına yanğınsöndürmə-xilasedicilər tərəfindən ümumilikdə 67 nəfər və 22 texnika cəlb olunub”, – məlumatda deyilir.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…