Samarada Perovskaya küçəsində fərdi yaşayış evi yanıb. Üç nəfər ölüb
Tezadlar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi rayon üzrə məlumat yayıb.
Yanğın sahəsi 20 kvadratmetr olub. İlkin ehtimala görə, yanğın elektrik naqilinin qəzalı vəziyyətdə işləməsi nəticəsində baş verib.
Ölənlər arasında 1963-cü il təvəllüdlü kişi də var. Digər qurbanların cinsi və yaşı hələ müəyyən edilməyib.
Xilasedicilər xatırladırlar ki, elektrik naqillərinin düzgün işləməsini təmin etmək, elektrik şəbəkəsinə yüklənməmək, yanğın barədə xəbərdarlıq edən yanğınsöndürmə sistemi quraşdırmaq lazımdır.
E.ŞİRİNOV