Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Azərbaycanın Əməkdar jurnalisti, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədlinin “Sev” romanının təqdimatı keçirildi. “LİBRAFF”ın “Park Akademiya” filialında baş tutan təqdimatda yazıçının qələmdaşları, tanınmış ziyalılar, millət vəkilləri və oxucuları iştirak edirdilər.
Professor Qulu Məhərrəmli, millət vəkili Elçin Mirzəbəyli, Mətbuat Şurasının sədri Rəşad Məcid, “APA-Holdinq”in direktoru Vüsalə Mahirqızı, politoloq Sahil İsgəndərzadə və başqaları çıxış edərək roman və müəllif haqqında ürək sözlərini çatdırdılar. Natiqlər yazıçıya daha böyük yaradıcılıq uğurları arzuladılar.
Tədbirin sonunda yazıçı Natiq Məmmədli qonaqlara təşəkkürünü bildirərək gələcək planlarından bəhs etdi.
Sonda Natiqsevərlər üçün “İmza günü” törəni keçirildi.
***
Bəli, yazıçı da cəmiyyətin bir üzvüdür. Ətrafımızda baş verənlərin o da bir subyektidir. Lakin yazıçının hamıdan fərqi ondadır ki, o da hamının gördüyünü görür, amma o, həm də hamının görə bilmədiyini də görə bilir…
Yazıçı-hamının eşitdiyini eşidir, amma hamının eşitmədiyini də eşidə bilir…
Yazıçı da hamının hiss etdiyini hiss edir və duyur, amma o həm də hamının hiss edə bilmədiyini hiss edir… Və bütün bunlar yazıçının təxəyyülündə bişir, romanlaşır, bədiiləşir və əsərə çevrilir!
Natiq Məmmədlinin yazıçı ustalığı da məhz elə ondadır ki, o da hamının görə, eşidə və duya bilmədiklərini eşidib, görüb, duyub… “Sev”ə çevirə bilib!
Yazıçıya böyük yaradıcılıq uğurları ilə:
Asif MƏRZİLİ
