Yekaterinburqda bir Azərbaycan ailəsi rayon rəhbərinin Yeni il hədiyyəsinə görə təqibə məruz qalıb…

Valideynlər heç vaxt hədiyyələrinə görə təqibə məruz qalacaqlarını ağıllarına belə gətirməyiblər, amma bu baş verib…

Yekaterinburqda böyük bir ailə Yeni il hədiyyələrinə görə təqibə məruz qalıb. Onlar da hamı kimi “Yolkadan hədiyyə istə» kampaniyasında iştirak ediblər. Bəxtlərinə düşən və içərisində istəkləri ifadə olunan məktubları Jeleznodorojnı Rayonunun başçısı Vitali Perşinə çatdırılıb. Amma elə hər şey də bundan sonra baş verib.

***

Tezadlar.az Yekaterinburqda nəşr olunan mediaya istinadla bildirir ki, hadisə belə baş verib: Azərbaycan əsilli ailədən olan üç uşaq – 7 yaşlı Əli, 8 yaşlı qardaşı Vaqif və böyük bacısı S «Yolkadan hədiyyə istə» kampaniyasında iştirak edərək arzuları yazılmış  məktubu yaşadıqları ərazi üzrə Yekaterinburqun Jeleznodorojnı Rayon Administrasiyasının rəhbərinə göndərərək ondan skuter, konfet hədiyyəsi və oyuncaq dəsti istəyiblər. Onların üzündə xoşbəxtlik ifadə edilən fotoşəkilləri Rayon administrasiyasının saytında yayımlandıqdan  sonra valideynlər aqressiya ilə qarşılaşıblar. “Biz hədiyyələri ailəyə şəxsən təqdim etdik… Əvvəlcə VKontakte səhifəmizdəki paylaşımımıza reaksiya gəldi, çoxlu mənfi şərhlər yazılırdı. Lap çox. Şərhləri bağladığımız zaman isə uşaqların atası müavinimə zəng etdi və dedi ki, insanlar şəxsi səhifələrinə daxil olaraq xoşagəlməz şərhlər yazır… O, çox üzüldüklərini və onların rahat buraxılmaları üçün hədiyyələri geri qaytarmağa hazır olduqlarını bildirib…”, – Jeleznodorojnı rayonunun rəhbəri Vitali Perşin E1.RU-ya bildirib.

Rayon rəhbəri ailədəki uşaqlardan birinin əlil olduğunu qeyd edib. Böyük qardaş və bacı isə artıq məktəbdə oxuyur, kiçik oğlan isə hələ də bağçaya gedir, amma artıq məktəbə getmək arzusundadır. Ataları tikinti işçisi, anaları isə evdar qadındır. Valideynlər 20 ildir Rusiya vətəndaşıdırlar. “Mən bu mənfi şərhləri oxudum, dəhşətə gəldim, bu şərhlərdə ekstremizm qoxusu vardı… Bu, axmaq adamların işi idi. Bunun adı ağılsızlıqdır! Axı Yeni il ölkəmizdə yaşayan bütün millətlərdən olan insanlar üçün bayramdır. Xüsusilə də uşaqlar üçün. Nəzərə almalıyıq ki, özü də bu ailədə bir uşaq əlildir”, – Vitali Perşin qeyd edib.

Rəsmilər atanı hədiyyələri saxlamağa razı salıblar ki, heç olmasa uşaqların bayramla bağlı xoş xatirələri qalsın…

Amma və lakin…

***

Şübhəsiz ki, bu ekstremist çağırışlı şərhləri yazanlar həm də Rusiyanın Ukraynadakı müharibəsindən sonra ac-yalavac qalıb, çətin sosial durumla baş-başa olanlardır. Axı bu kampaniyada hamı iştirak edib, niyə məhz azərbaycanlı ailə belə bir aqressiya ilə qarşılaşıb? Bizcə, Yekaterinburqda  azərbaycanlılara basqın edilməsi və 2 nəfərin öldürülməsi, çoxsaylı insanların vəhşicəsinə həbs edilməsi, məhkəmə qarşısına çıxarılması və s. kimi hallar yerli əhalidə azərbaycanlılara qarşı nifrət hissini alovlandırıb. Bütün günü dükanlarda çaxır, pivə və araq axtarıb dəm olmaqdan başı ayılmayan, bomj həyatı sürənlər azərbaycanlıların zəhmətkeşliklə çalışıb pul qazanmalarını həzm edə bilmirlər…

A.Məmmədli

Xəbəri paylaş

Xəbər lenti

  • Bu gün heç bir post paylaşılmayıb.