Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana avtomobil qəzası keçirdib.
Tezadlar.az xəbər verir ki, bu barədə axşam.az-a danışan Canana qəzanın Biləsuvarda baş verdiyini deyib. O bildirib ki, çəkilişə gedib və hava yağışlı olub:
“Heç özüm də anlamadım ki, necə baş verib. Yeni il çəkilişinə getmişdim. Xəritə məkanın yolunu qəbiristanlığın içindən göstərdi. Maşını sürdüm qəbiristanlığın içinə, sonra oradakı mollalardan soruşdum ki, yolu düz gedirəm? Avtomobili arxaya vermək istəyəndə qəza törətdim, qəbir daşlarının dəmirlərini əzdim. Dəmir düz maşınımın baqaj hissəsinə girib. Polis gəlib cərimə yazdı. Üstəlik maşınıma nə qədər ziyan dəydi. Şükür edirəm ki, qəbir daşları dağılmadı”.
Canana M.İsgəndərlinin oğlu Kərimlə ailəli olub. Onun bu nikahdan 3 övladı var.