Yeni Klinikanın ilk robotik total qastrektomiya təcrübəsi beynəlxalq konqresdə təqdim olunub.
Tezadlar.az xəbər verir ki, Yeni Klinikanın mütəxəssisləri 20-ci Çin Mədə Xərçəngi Konqresində (CGCC 2026) Azərbaycanı təmsil ediblər.
Konqresdə Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və Transplantasiya Mərkəzinin rəhbəri Eldar Əhmədov və ümumi cərrah Ayxan Abbasov iştirak ediblər.







