Əsas məzmuna keç

Yeni qanun “Şoqakat” kanalının bağlanmasına səbəb oldu

Ermənistanda Erməni Apostol kilsəsi (EAK) tərəfindən təsis edilən “Şoqakat” televiziya kanalı bağlanır.

Bu barədə Tezadlar.az Ermənistan mediasına istinadən xəbər verir.

Ermənistan parlamenti “Audiovizual media haqqında” qanuna dəyişiklikləri sonuncu oxunuşda qəbul edib. Bu dəyişikliklər ictimai televiziya kanallarının sayının ikiyə endirilməsini, maarifləndirici və mədəni proqramların yayımlanması ilə bağlı məcburi tələbin ləğv edilməsini nəzərdə tutur.

Qanun layihəsinin əsaslandırılmasından aydın olur ki, söhbət “Şoqakat” dini-maarifləndirici televiziya şirkətinin ictimai multipleksdən çıxarılmasından gedir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…