26 Aprel 2026 / 08:10

“Yəqinki atəş açan şəxs özbaşına addım atıb…”- TRAMPDAN AÇIQLAMA GƏLDİ

ABŞ prezidenti baş verən insidentə münasibət bildirib. “Vaşinqtondakı Hilton oteldə Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açan şəxs çox güman ki, təkbaşına hərəkət edib” – deyən Donald Tramp mətbuat konfransında daha sonra deyib: “Atəş açan çox güman ki, təkbaşına hərəkət edib. Çox tezliklə bunu biləcəyik”. O, əlavə edib ki, həmin şəxs bir neçə silahla olduğunu da qeyd edib.

Tezadlar.az CNN- ə istinadla xatırladır ki, hadisə zamanı ABŞ Gizli Xidmətinin əməkdaşlarından biri vurulub, lakin zirehli geyimi onu ciddi xəsarətdən xilas edib. Sitat: “Zabitlərdən biri vurulub, lakin onu güllə keçirməyən jilet geyinməsi xilas edib. O, çox yaxın məsafədən çox güclü silahla vurulub, amma jileti işə yarayıb. Mən həmin zabitlə danışdım və o, əla vəziyyətdədir”.

Bəs atəş açan kimdir? O, mühafizəçilərin ən yaxın məsafəsinədək necə gəlib çıxıb? İndi bu sual prezident mühafizəsindəkiləri ciddi düşündürür.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!