Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Son üç gün ərzində planet oktyabr ayının əvvəlindən bəri ən güclü geomaqnit pozuntuları ilə sarsılıb
Yer kürəsində orta intensivlikli maqnit fırtınası başlayıb. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının məlumatına görə, hadisə 8 noyabr gecəsi, Moskva vaxtı ilə təxminən saat 3:00-da (Bakı vaxtı ilə saat 4:00-da) qeydə alınıb.
“Son üç gün ərzində… bir aydan çox müddət ərzində ən güclü fırtınalar müşahidə olunub (və hələ də müşahidə olunur)”, – deyə məlumatda bildirilir.
G2.3 səviyyəli fırtınaya 5-6 noyabr tarixlərində baş verən günəş partlayışları səbəb olub. Mütəxəssislər qeyd edirlər ki, Yer kürəsinə plazma buludunun kənarı təsir edib və onun əsas hissəsinin bir gün əvvəl, 7 noyabrda planetimizə çatacağı gözlənilirdi.
Tezadlar.az xəbər verir ki, alimlərin fikrincə, son üç gün ərzində planet oktyabr ayının əvvəlindən bəri ən güclü geomaqnit pozuntuları ilə sarsılıb. Əvvəlki oxşar güclü hadisə 1-3 oktyabr 2025-ci il tarixlərində qeydə alınmışdı.
Xatırladaq ki, 5 noyabrda Günəşdə yüksək səviyyəli X1.8 partlayışı baş vermişdi.
E.ŞİRİNOV