12 Fevral 2026 / 23:53

Yevlax-Bərdə yolunda faciə

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Tezadlar.az az xəbər verir ki, hadisə Yevlax-Bərdə magistral yolunun rayonun Gərənə kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “VAZ 2106” markalı maşınla toqquşub. Nəticədə iki nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!