30 May 2025 / 14:37

Yeyib-içənlərin sayı artıb- 4 ayda kafe və restoranlarda 545,3 milyon manat pul xərclənilib…

2025-ci ilin yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsinin həcmi  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19.3 faiz artaraq 545,3 milyon manat olub.

TEZADLAR.AZ  bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 313.4 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 57.5 faizini təşkil edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!