Əsas məzmuna keç

YOL QƏZASI BAŞ VERİB – POLİS NƏFƏRİ DÜNYASINI DƏYİŞİB

Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən TEZADLAR.AZ-a bildirilib ki, “KİA” və “BMV” markalı avtomobillər toqquşub.

Nəticədə “BMV” markalı şəxsi avtomobildə sərnişin olan polis nəfəri 1990-ci il təvəllüdlü İlqar Sadıqov hadisə yerində həyatını itirib. Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…