26 Fevral 2026 / 22:10

Yük avtomobilindən 1200 manatlıq talama

Bakının Sabunçu rayonu ərazisində naməlum şəxs yük avtomobilindən 1200 manat dəyərində iki ədəd akkumulyator oğurlayıb.

DİN mətbuat xidmətindən Tezadlar.az-a verilən xəbərə görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı S.Həsənov müəyyən edilərək saxlanılıb. Həmin şəxs taladığı akkumulyatorları satıb.

Araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!