Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 İyul 2024 / 04:24

SÜRÜCÜ DİQQƏTSİZLİYİ: YÜK MAŞINI AŞDI- ÖLƏN VƏ YARALANLAR KİMLƏRDİR?

Hacıqabulda yük maşınının aşması nəticəsində ölən və yaralananlar var.

Tezadlar.az bildirir ki, hadisə bakı-qazax magistralının rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlum olur ki, hərəkətdə olan “Kamaz” markalı yük maşını anidən idarəetməni itirərək yolun kənarına aşıb. Qəza nətisəsində Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Məmmədov Samir hadisə yerində ölüb. Digər Bakı sakinləri, 1955-ci il təvəllüdlü Məmmədov Sahib Fərzəli oğlu, 1954-cü il təvəllüdlü Məmmədova Firuzə Əsəd qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. F. Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!