Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 Mart 2026 / 14:56

Yük mşını avtobusla toquşdu-YARALILAR VAR

Martın 6-da saat 07:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yol-nəqliyyat hadisəsi səbəbindən Bakı-Şamaxı yolundan çağırış daxil olub. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin, Kliniki Tibbi Mərkəzin və Respublika Neyrocərrahiyyə Xəstəxanasından verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müştərək travma diaqnozu ilə 3 nəfər (2 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə, 1 nəfər (qadın) Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub. Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Respublika Neyrocərrahiyyə Xəstəxanasının Neyrotravma şöbəsində müalicəsi davam etdirilən pasiyentin isə vəziyyəti stabil qiymətləndirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!