Əsas məzmuna keç

YÜK QATARI 6 DƏMİR YOLU İŞÇİSİNİ ƏZƏRƏK ÖLDÜRÜB

Çinin şimal-şərqindəki Heyloncian əyalətində yük qatarı dəmir yolu xəttində təmir işləri aparan 6 nəfəri əzərək öldürüb.

Tezadlar.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, fövqəladə hadisə zamanı işçilərdən ikisi yerindəcə keçinib, qalanları isə həkimlərin səyinə baxmayaraq sonradan dünyasını dəyişib.

Çin hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.

Faktla bağlı araşdırma aparılır.

Hadisə ilə əlaqədar xətdə qatarların hərəkəti bir müddət dayandırılıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…