Hər gün BANM-ı seçən abituriyentlərlə görüşüm davam edir. Dünən yüksək nəticə göstərən əkiz qardaşlar – Fərid və Fərəc Zeynalovlarla görüşdüm.
TEZADLAR.AZ xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar qasımov bildirib.
O diqqətə çatdırıb ki, Fərid 662.5, Fərəc isə 668.6 bal toplayıblar.
“BANM-ın Data analitikası ixtisasında təhsillərini davam etdirmək istəyirlər. 200 saylı tam orta məktəbin məzunlarıdır. Gələcək tələbələrimizi, onların anaları Lalə xanımı , əzizlərini və müəllimlərini ürəkdən təbrik edirəm”, – deyə rektor qeyd edib.
JASMİN







