Yüksək vəzifəli məmurun evində axtarışlara başlanıldı- SƏBƏB

Oxunma sayı: 48

Sabiq hakimin işi ilə əlaqədar Ukrayna Ali İxtisas Komissiyasının sədr müavininin evində axtarış aparılıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Ukrayna Dövlət İstintaq Bürosu 2023-cü ilin mayında Kiyevdə nəzarət-buraxılış məntəqəsində Milli Qvardiyanın əsgərini öldürən keçmiş hakim Aleksey Tandırın lehinə yalan ifadə verən Ukrayna Hakimlərinin Ali İxtisas Komissiyasının sədr müavinində axtarışlara qərar verib.  Məlum olur ki, axtarışlar Kiyev vilayətinin Makarovski Rayon Məhkəməsinin keçmiş hakiminin xeyrinə qəsdən yalan ifadə verilməsini göstərə biləcək sübutların müəyyən edilməsi məqsədi ilə aparılır. Və müəyyən edilib ki, Ukrayna Ali İxtisas Komissiyasının sədr müavini keçmiş hakimlə dostluq münasibətindədir. İlkin məlumatlara görə, keçmiş hakimin ölümlə nəticələnən bədbəxt hadisə törətməsində şübhəli bilinən cinayət işi üzrə dindirilmə zamanı Hakimlərin Ali İxtisas Komissiyasının sədr müavini müdafiə tərəfi üçün süni sübut yaradılması ilə yanaşı, qəsdən yalan ifadələr vermişdir. Qeyd olunur ki, bir gün əvvəl müstəntiqlər məmurun iş yerində də axtarışlar aparıblar. İbtidai istintaq maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayət əməlinin əlamətləri üzrə aparılır. Ukrayna Cinayət Məcəlləsinin 384-cü maddəsi (məhkəmə və ya digər səlahiyyətli orqanı aldatma) maddəsinin sanksiyasında onu 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Bu da yalan ifadə verən məmurun cəzası.

A.Məmmədli

Xəbəri paylaş

26 Aprel