16 Yanvar 2026 / 12:38

Yunanıstan və Danimarka şahzadəsi İrina vəfat etdi

İspaniya kraliçası Sofiyanın bacısı, Yunanıstan və Danimarka şahzadəsi İrina 83 yaşında vəfat edib.

Tezadlar.az bildirir ki, bu barədə CNN məlumat verib.

Yunanıstan şahzadəsi İrina Madriddəki Zarzuela Sarayında vəfat edib.

RTVE-nin məlumatına görə, səhhət problemləri son zamanlar şahzadə İrinanın ictimai və xeyriyyə tədbirlərində iştirak etməsinə mane olub.

Əvvəllər Şahzadə Harri və Meqan Marklın özbaşına sürgünə son qoyub Böyük Britaniyaya qayıtmaq qərarına gəldikləri bildirilirdi. Kral ailəsi üzrə ekspert Tom Sayksın sözlərinə görə, əgər Şahzadə Harri milli təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsini bərpa etsə, Meqan Markl bu yay Böyük Britaniyaya qayıda bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!