AMEA- nın Rəyasət Heyətinin böyük zalında Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans davam edir.
Tezadlar.az xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Konfransın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, akademik Yusif Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva, millət vəkilləri və digər rəsmi qonaqların iştirak edir.
Konfransın birinci günündə “Yusif Məmmədəliyevin elmi, pedaqoji və təşkilati fəaliyyəti: Azərbaycan və dünya elminin inkişafına verilmiş töhfə”, “Kimya elmində müasir çağırışlar: varislik və innovasiyalar”, “Elmi irs və gələcəyin üfüqləri” mövzularında panel sessiyaları keçiriləcək.
Konfransda iştirak edən “Təzadlar”ın baş redaktoru Asif Mərzili bildirdi ki, artıq təhsil naziri Emin Əmirullayev, AMEA- nın prezidenti İsa Həbibbəyli və Milli Məclisin sədr müavini Rəfael Hüseynov Y.Məmmədovun elmi fəaliyyəti ətrafında məruzə ilə çıxış etdilər.
Konfrans öz işini davam etdirir…
JASMİN

