Əsas məzmuna keç

ZƏHƏRLƏNƏN İNSANLARIN ANALİZLƏRİNDƏ HƏŞƏRAT QOVUCUNUN İZLƏRİ AŞKAR EDİLİB

Dörd uşağın öldüyü Krasnoyarsk diyarının Nazarovski rayonundan zəhərlənmiş ailənin analizlərində insektisid izləri aşkar edilib.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a RF İstintaq Komitəsinin Ərazi və Xakasiya üzrə Baş İstintaq İdarəsindən məlumat verilib.

“Nümunələrdə aparılan tədqiqatların nəticələrinə görə, insektisid əleyhinə vasitənin tərkibinə daxil olan maddənin izləri aşkar edilib”, – idarədən bildiriblər.

Xatırladaq ki, sözügedən faciə sentyabrın 21-də Krasnoyarsk diyarının Krasnaya Sopka kəndində baş verib. Ailə yerli mağazadan ərzaq alıb, şam yeməyi üçün toyuq əti və küftə bişirib. Bir müddət sonra bütün ailə özlərini pis hiss ediblər və qusmağa başlayıblar. Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Üç uşağın öldüyü qeyd edilib. Onların 6, 11 və 13 yaşı var idi. Bir müddət sonra onların 12 yaşlı bacısı da dünyasını dəyişib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…