Əsas məzmuna keç

“ZƏRİF MÜHƏNDİSLƏR”İN ZƏRİF QALİBLƏRİ – FOTO

Bakı Ali Neft Məktəbinin xanım tələbələri “Zərif mühəndislər”  təqaüd proqramının qalibləri olublar.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar qasımov sosial media hesabında məlumat verib.
“Onlar – Aytac Əmirova, Arzu Əsədzadə, Leyla Həsənova, Nərmin Mamedova, Könül Məmmədova, Nuray Məmmədzadə, Nərmin Nusalova, Günay Qadiyeva, Fidan Tərişli, Nazilə Xəlilova, Susan Xəlilovadır.
Gənc mühəndis xanımların inkişafı layihəsi Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib”, – deyə Elmar Qasımov bildirib.
Tələbələrinin uğuru ilə fərəhlənən rektor onlara uğurlar arzuladığını da qeyd edib.
Y.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…