Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2024 / 04:17

ZƏVVARLARIMIZ HƏCC ZİYARƏTİNƏ YOLA DÜŞDÜ

Bu gün Azərbaycan zəvvarlarının ilk qrupu Həcc ziyarətinə yola düşüb.

Tezadlar.az Dini Komitəyə istinadla bildirir ki, 1 500 nəfərlik kvotanın ayrıldığı səfərlərin ilk qrupu 05:35-də Məkkə inzibati dairəsinin Ciddə şəhərinə yola salınıb.

QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangirli isə deyib ki, Məkkədə olan nümayəndə heyəti Həccdən öncəki hazırlıqları, zəvvarların hava limanında qarşılanması, yerləşdiriləcəyi hotellərin müəyyənləşdirilməsi, xidmət personalı, qidalanma və s. məsələlərin həllini təmin edəcək.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. Və iyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır.

Allah ziyarətinizi qəbul etsin!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!