Əsas məzmuna keç

Zaporojye AES-i qidalandıran Dneprovska elektrik xəttinin bağlanması barədə MAQATE-yə məlumat verilib

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynadan Zaporojye Atom Elektrik Stansiyasını (ZAES) qidalandıran Dneprovska elektrik xəttinin bağlandığı barədə bildiriş alıb.

Tezadlar.az bildirir ki, stansiyanın kommunikasiya direktoru Yevgeniya Yaşina bu barədə “RİA Novosti” agentliyinə məlumat verib.

“MAQATE müfəttişlərinə məlumat verilib”, – deyə o bildirib.

Məlumata görə, Zaporojye Atom Elektrik Stansiyasını qidalandıran iki elektrik xəttindən biri bağlanıb. Stansiyanın öz enerji ehtiyacları hazırda ehtiyat “Ferrosplavnaya-1” xətti ilə ödənilir.

ZAES təhlükəsiz iş şəraitinin pozulması hallarının qeydə alınmadığını vurğulayıb. Stansiyada və ətraf ərazidə radiasiya səviyyəsi təbii səviyyələrlə uyğundur.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…