Zaporojye vilayətində Ukraynaya məxsus PUA mülki avtomobilə hücum edib

Oxunma sayı: 106

Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus pilotsuz uçan aparat Vasilyevka-Dneprorudnoye avtomobil yolunda mülki avtomobilə hücum edib.

Tezadlar.az bildirir ki, bu barədə Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski Telegram kanalında məlumat verib.

“Vasilyevka-Dneprorudnoye şossesində Ukraynaya məxsus kamikadze PUA zərbə mexanizmli mülki “Mercedes”ə hücum edib. Pilotsuz təyyarənin hücumu nəticəsində avtomobilə mexaniki ziyan dəyib”, – deyə rayon rəhbəri yazıb.

Priazovski bələdiyyəsinin sakini olan sürücü xəsarət almayıb.

ELBAR

Xəbəri paylaş

21 Aprel