Əsas məzmuna keç

ZAPOROJYENİN KİYEVİN NƏZARƏTİNDƏ OLAN HİSSƏSİNDƏ YÜZLƏRLƏ PARTLAYIŞ BAŞ VERİB

Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsində bir gündə 397 partlayış baş verib.

Tezadlar.az bildirir ki, bu barədə dekabrın 28-də Ukrayna Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, rayonun 12 yaşayış məntəqəsində partlayışlar səslənib. Bundan əlavə, o, yerli hakimiyyət orqanlarına infrastruktur obyektlərinə ziyan vurması barədə məlumatların daxil olduğunu bildirib.

Rəsmi şəxsin sözlərinə görə, insidentlər nəticəsində yerli sakinlərdən heç kim xəsarət almayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…