Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Zaur Əliyev bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə sorğusuna cavab olaraq ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, bu ilin mart ayının 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.
Qeyd edək ki, bu barədə ilk məlumatı Bakupost.az saytı paylaşıb.